Sədlu tayfası Qaraqoyunlu dövlətinin yaranmasında mühüm rol oynayıb

18:06 - 23 Noyabr 2016 - KİVDF

Qaraqoyunluların əsas dayağını təşkil edən ikinci tayfa Baharlu idi

XIV əsrin sonu, XV əsrin başlanğıcında Naxçıvan və Sürməli bölgəsi Əmir Səd başda olmaqla sədluların hakimiyyəti altında olubdur. Əmir Səd 1411-ci ilə qədər Çuxur-Səd böIgəsini idarə edibdir. O, həmin ildə ölmüş və İrəvan yaxınlığında Gəfərabad kəndində dəfn olunubdur. Oğlu Pir Hüseyn 1413-cü il Pir Hüseynin dövründə sədluların inzibati mərkəzi İrəvan olubdur. XV əsrdən etibarən adı mənbələrdə tez-tez təkrar olunan "Çuxur-səd" bu tayfanın adı ilə bağlı olubdur. Q.Qeybulayev heç bir əsas olmadan belə hesab edir ki, XIV əsrin sonunda Qaraqoyunlular Sədluların guya yaratmış olduğu əmirliyə son qoyub və Sədlu tayfası dağılıb, onların bir hissəsi ayrumlara birləşib, digər hissəsi isə Azərbaycana gəlibdi. Sədlu tayfasının Qaraqoyunlularla yaxın qohum olduğu anlaşılır. F.Sümer yazır ki, qaynaqlar Sədin övladlarının Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olduğunu göstərir. Sədlu tayfası Qaraqoyunlu dövlətinin yaranmasında mühüm rol oynamış əsas qüvvələrdən biri olubdur. Qaraqoyunluların əsas dayağını təşkil edən ikinci tayfa Baharlu idi. V.Minorskinin fıkrincə, bu tayfa öz adını Həmədan yaxınlığında yerləşən Bahar adlı bir qaladan alibdır. Qaraqoyunlularla Həmədan bölgəsi arasında mühüm əlaqə olmalı idi. Çünki Cahanşahın oğlu Həsən Əli sonuncu dəfə oraya sığınıb, Ağqoyunluların hakimiyyəti zamanı qaraqoyunlu sülaləsinin əksər hissəsi bu bölgədə yaşayıblar. F.Sümer V.Minorskinin bu fıkrini müdafiə edibdir. Bəzi tarixçilər Baharlu tayfasının adının Kürdüstandakı Bahar adlı yerdən aldığını güman etməkdədirlər. M.H.Baharlı Baharlu tayfasının öncə Xorasanda yaşadığını və sonralar Azərbaycana gəldiyini, Marağa ətrafında yerləşdiyini qeyd edir. Baharlu bəyləri Qaraqoyunlu xanədanı ilə qohumluq əlaqələri yaratmış və bu dövlətin ən böyük əmirləri olmuşlar. F.Sümerin qənaətinə görə, Münəccimbaşı "Baharlu" adı ilə "Baranlu" adını bir-biri ilə qarışdırdığı üçün Qaraqoyunlu əmirlərinin bu tayfadan çıxdığını göstəribdir. Həmdüllah Qəzvini "Nüzhətül qülub" əsərində Bahar qalasının XIII əsrin əvvəllərində Yıvə əmiri Süleyman Şahın paytaxtı olduğunu qeyd edir. Bu, baharluların oğuzların Yıvə boyundan olduğunu güman etməyə imkan verir. Baharlu tayfası öz adını heç də V.Minorskinin qeyd etdiyi kimi, Bahar qalasının adından almayıbdır. Güman etmək olar ki, Baharlu tayfası öz adını tanınmış əmirlərindən birinin adından alıb və sonralar bu ad həmin nəslin və ya sülalənin adına çevrilib və hakim olduqları bölgə də onların adı ilə adlanmağa başlaıbdı. Baharlu tayfası ilə bağlı olan oykonimlər Şuşada və Zəngəzurda indi də qalmaqdadır.  Qaraqoyunluların başlıca tayfalarından biri də Qaramanlu idi. Qaramanlu tayfası ilə bağlı Azərbaycan sovet tarixşünaslığında belə bir fikir mövcuddur ki, guya bu tayfa öz adını Kiçik Qaramanlu bəyliyinin adından alıb və 1471-ci ildə Osmanlı Türkiyəsinin bu bəyliyi işğal etməsindən sonra Qaramanlular köçüb Azərbaycana gəliblər.Bu fıkrin elmi əsası yoxdur. Çünki məsələ bu cür qoyularsa, Qaramanlu tayfasının Qaraqoyunlularla əlaqəsinə ehtiyac qalmır. Ş.Təkindağ belə hesab edir ki, Qaramanlular XIII əsrin I yarısında, Monqol yürüşləri zamanı digər türkman tayfaları kimi Azərbaycana gəlmiş və Şirvan bölgəsində məskunlaşıblar.Təhsin Ünal isə Qaramanlu tayfasının hələ XI əsrin əvvəllərində Səlcuq yürüşlərindən də öncə Azərbaycanın Aran və Şirvan bölgələrində yaşadığını qaynaqlara əsaslanaraq qeyd edir. Qaynaqların verdiyi məlumata görə, Oğuzların Əfşar boyundan olan Qaramanlu tayfasının bir hissəsi Monqol yürüşləri zamanı Azərbaycanın Aran və Şirvan bölgəsindən köçərək Kiçik Asiyanın cənubunda, Kilikiyada məskunlaşdı.  F.Sümer, F.Kırzıoğlu, T.Ünal və Ş.Təkindağ da Qaramanlulann Kiçik Asiyaya monqol istilası dövründən Azərbaycandan köç etdiyini göstərirlər. Azərbaycanda qalmış Qaramanlular dövrün siyasi hadisələrində yaxından iştirak ediblər. Fərhad xan Qaramanlu Olcaytunun, Əli Əhməd Qaramanlu isə Cəlayirilərin tanınmış əmirlərindən olubdu. Bərdə və Gəncə hakimi əmir Qaraman da Qara Yusifin tanınmış əmirlərindən idi. Vaxtilə Cavanşir, Göyçay, Şamaxı, Cavad qəzalarındakı, hazırda isə Gəncə, Göycay, Neftçala, Yevlax və Bərdə bölgəsindəki Qaraman və Qaramanlu kəndləri bu tayfanın nişanələridir. Alpaut tayfasının adı "düşmənə təkbaşına hücum edən" mənasını verir. O, Qaraqoyunluların ən mühüm tayfalarından biri olubdur. Bu tayfanın adı VIII əsr mənbələrində qeyd olunubdur. F.Sümerin fikrincə, Alpaut tayfası Həmədan bölgəsində yerləşibdi. Qaraqoyunlu İsgəndərin hakimiyyəti zamanında Alpautlara Yaqub bəy başçılıq edirdi.Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə'də Qara Yusifin hakimiyyətinin son dövrlərində Qorqan Alpautun Həmədana hakim, Sorqan Alpautun isə onun müavini olduğunu qeyd edir. Qaraqoyunlu İsgəndər Mirzənin Sultan Şahruxla əsaslı döyüşündə Qorqan Alpautla Sorqan Alpaut onun solcinahında olubdu. Alpaut tayfası sonralar Çuxur-Səd, Qarabağ və Şirvan bölgələrində məskunlaşıbdı. Bu tayfa ilə bağlı olan oykonimlər Bərdə, Qazax, Göyçay, Laçın və Ucar bölgələrində qalıbdır. Cənubi Azərbaycanda və İran Kürdüstanında da Alpaut etnonimi saxlanılıbdır Cakirlu tayfası da Qaraqoyunluların əsas tayfalarından biri olubdu. Bu tayfanın öz adını Cəlayirilər dövründə Əmir Cagirdən aldığı güman edilir. Əmir Cagir Teymurun Azərbaycana yürüşləri zamanı onun hakimiyyətini tanımalı olubdu. Əmir Cagirin ölümündən sonra tayfaya onun oğlu Bəstam Cagir rəhbərlik edibdi. Ərdəbil bölgəsinin Cagirlu tayfasının qədim yurdu olduğu qeyd olunur. F.Sümer İbn Ərəbşaha istinad edərək cagirluların kürd mənşəli olduğunu göstərir. Lakin Z.V.Toğan onların Qıpçaq türklərindən olduğunu bildirir. Q.Qeybullayev Cagirlu tayfasının bolqar tayfası olmuş Çaxar tayfasından olduğunu qeyd edir. Onun fıkrincə, bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində "Çaxırlı" şəklində saxlanılıbdır. Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay, Cavanşir,  Nuxa, Şamaxı və Yelizavetpol qəzalarında Cagirli, hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Şamaxı bölgələrində Cəyirli formasında rast gəlinir. Qaraqoyunluların əsas tayfalarından olan Haculu tayfasının adı "Kitabi Diyarbəkriyyə" əsərində qeyd olunur. Qara Yusifın Ərzincan valisi Pir Ömərə yardıma göndərilmiş əmirləri arasında Əmir İlyas Hacılunun adı çəkilir. Hacılu tayfasının Oğıızların Döğər boyundan olduğu göstərilir. F.Sümer Haculu tayfasının öncə Kərkük-Ərbil bölgəsində yaşadığını göstərsə də, F.Kırzıoğlu bu tayfanın Qarabağda məskunlaşdığını qeyd edir. Hacılu tayfası ilə bağlı oykonimlər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur, Qaryagin, Ərəş, Cavanşir, Yelizavetpol, Qazax və Sürməli qəzalarında saxlanılıbdır. Qaraqoyunlu tayfa birliyinə daxil olmuş Ağacəri tayfasının mənşəyi elmi ədəbiyyatda müxtəlif cür yozulubdur. Azərbaycan xalqının təşəkkülündə və etnik təkamülündə müəyyən rolu olmuş ağxəzərlərdən mənbələrdə müxtəlif adlar altında (ağacərilər və s.) bəhs edilibdir. "Əski türklər xəzərlərə ağacəri, əski yunanlar isə ağatirs adı veriblər".Ağacəri türk tayfası ağatir adı ilə Herodotda və antik müəlliflərin əsərlərində qeyd edilibdir.

Tarix üzrə elmlər doktoru
Tofiq Nəcəfli

Xəbər xətti