“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrında

14:47 - 23 Noyabr 2016 - Mədəniyyət

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı tamaşanın son hazırlıq prosesi yekunlaşmaq üzrədir. 
Teatrın 2016-cı il repertuar planında hazırlanması nəzərdə tutulan “Leyli və Məcnun” tamaşasının quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.  

Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova Eşqin Quliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcəklər.
Ümumilikdə bu möhtəşəm məhəbbət dastanında kollektivin 50-dən artıq aktyor heyəti rol alıb. 
Iki hissəli “Leyli və Məcnun” tamaşasının premyerası dekabr ayının 3-də saat 19.00-da baş tutacaqdır.

 

                                                                    

Xəbər xətti