Kişi donaraq ölüb - Bakıda

10:44 - 23 Noyabr 2016 - HADİSƏ

Bakıda donmuş kişi meyiti tapılıb. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin küçələrinin kəsişməsində qeydə alınıb. Dəmiryol xəttinin kənarında 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb. Əraziyə polis əməkdaşları gəlib. İlkin ehtimala görə, meyiti tapılan tüfeyli həyat tərzi keçirən şəxs olub. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. 

Polisdən bildirilib ki, ilkin ehtimala görə, həmin şəxs donvurmadan ölüb.

Xəbər xətti