Ana səhifə
19 Noyabr 2018

“Rusiyadakı miqrantlarımızın geri axını qaçılmazdır”

Rövşən Ağayev: “Şimal qonşumuzda iqtisadi vəziyyət bir az da pisləşsə, yerlilərimizin ölkəmizə axını artacaq”

 

Asif Bayramov: “Azərbaycanlıların son vaxtlar Rusiyaya getməməsinin kökündə duran amillərdən biri də məhz məvəni psixoloji faktordur”

 

Azərbaycandan Rusiyaya gedənlərin sayında azalma müşahidə olunur. Miqrasiya üzə ekspert Azər Allahverənov mətbuata açıqlamasında bildirib ki, Rusiyaya gedən azərbaycanlıların sayının 3 milyon olması haqda şişirdilmiş fikirlər səsləndirilir. O bildirib ki, 2010-cu ildə Rusiyada yaşayan azərbaycanlı miqrantların sayı əslində 664 min idisə, 2014-cü ildə bu rəqəm 615 min olub. 3 milyon kimi rəqəmlərin şişirdilmiş olduğunu deyən iqtisadçı Rövşən Ağayev də “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, müstəqillik dövründən sonra kütləvi şəkildə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı azərbaycanlıların ən çox üz tutduğu ölkə MDB məkanı olub: “MDB məkanında əsas Rusiyaya, qismən də Ukrayna və Belorusiyaya axın oldu. Əsas yük Rusiyanın üzərinə düşdü. 3 milyon kimi rəqəmlər müxtəlif vaxtlarda səslənib. Niyə səslənib? Düşünürəm ki, daha çox siyasi baxımdan bu rəqəmlərin artırılmasına meyl olub. Bunun da əsas səbəblərindən biri də bu idi ki, ölkədə iqtisadi vəziyyət ağır idi. Bütün dünyada belə bir hal olur ki, opponentlər bu cür rəqəmlərdən istifadə edirlər ki, hakimiyyətin yanlış siyasəti nəticəsində ölkə boşalır. Bu rəqəm şişirdilmiş rəqəmdir. Hətta Rusiya mənbələrinin özündə mən müxtlif vaxtlarda axtarış vermişəm, 650-700 min miqrantımız olduğu yazılıb. Yeni dövrdə köç etmiş azərbaycanlıların sayı 800 mindən çox olmadığı göstərilir. SSRi vaxtında gedənlərdən danışmıram”.

Ekspert deyir ki, son vaxtlar Rusiyaya gedənlərin sayının azalması daha çox mövsümi gedənlərlə bağlıdır: “Uzun müddətlik gedib, orada yaşayan insanlar var. Bu insanların sayı stabil qalır. Artım azalma-müvəqqəti gedənlərlə bağlıdır. Ümumiyyətlə, beynəlxaq miqrasiya təşkilatının dünya təcrübəsindən gəldiyi belə bir qənaəti var ki, əmək miqrasiyasının müddəti 5 ildən çox olmur. Mühacir miqrasiyası, siyasi miqrasiya ilə əmək miqrasiyasının fərqi odur ki, əmək miqrasiyası müvəqqəti olur. Azalmalar əmək miqrasiyası ilə bağlıdır”.

R.Ağayev onu da qeyd etdi ki, Rusiyada iqtisadi vəziyyət bir az da pisləşsə, yerlilərimizin ölkəmizə axını daha da çoxalacaq: “Son bir ildə Rusiyadan yerlilərimizin ölkəmizə axını var. Çünki Rusiyada son bir ildə iqtisadi vəziyyət pisləşməyə başlayıb. Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi, rublun qiymətinin düşməsi, insanların iş baxımından çətinliklərlə üzləşməsi ola bilsin ki, o axını gücləndirir. Mətbuatda azərbaycanlı miqrantların Rusiyadan geri qayıtmasilə bağlı məlumatlara tez-tez rast gəlirəm. Proses dərinləşsə, Rusiyada iqtisai vəziyyət pisləşməyə davam etsə, biz daha güclü axının şahidi ola bilərik. Ola bilər ki. miqrantlar ölkəmizə qayıtdıqdan sonra digər ölkələrə getsinlər. Amma Rusiyadakı miqrantlarımızın ölkəmizə axını qaçılmazdır. Bu proses davam edəcək”.

Sosioloq Asif Bayramov isə bildirdi ki, Rusiyaya gedənlərin sayının azalmasının kökündə ilk olaraq iqtisadi faktor durur: “Amma bu prosesin arxasında iqtisadi faktorla yanaşı, Rusiyada son bir neçə ildə baş verən etnik mənəvi proseslər də durur. Rusiyada ölkənin yeni rəhbərinin siyasi quruluşuna uyğun olaraq, ekstermist qüvvələr aktivləşməkdədir. Onların fəallığı isə daha çox Qafqaz mənşəli, xüsusən islam dininə etiqad edən insanlara qarşı yönəlmiş çıxışlarla müşahidə olunur. Məsələ burasındadır ki, Rusiyada millətçi qüvvələr daha çox islamafobiya ideologiyası üzərində köklənmiş qüvvələrdir. Onlar yalnız qeyri-ruslara qarşı yox, həm də daha çox islam əqidəsinə tapınan insanlara qarşı yönəlmiş hərəkətlərdir. Bunun özü də çox ciddi psixoloji amildir. Azərbaycanlıların son vaxtlar Rusiyaya getməməsinin kökündə duran amillərdən biri də məhz məvəni psixoloji faktordur. Bu faktora görə, heç bir ciddi əsas olmadan Rusiyada kifayət qədər insanlarımız qətlə yetirilir. Bu ölkədə ictimaiyyətin diqqətini həqiqi cinayət səbəblərindən yayındırıb, məhz islama qarşı yönəldilməsi çox güman ki, dövlətin siyasi kursunun tərkib hissələrindən biridir”.

Sosioloq deyir ki, Azərbaycandan Rusiyaya əməkçi miqrantların getməsi təbii haldır: “Biz rusları özümüzünkü kimi qəbul etmişik. Eləcə də Rusiyada azərbaycanlıları rus ictimai düşüncəsi özünəməxsus olan insanlar kimi qəbul edirlər. Bu son 200 il ərzində baş verən prosesdir. Ona görə biz Rusiyanı özümüz üçün uğurlu bazar hesab edirik. Baxmayaraq ki, orada müəyyən radikal, ekstermist, islamafobiya qüvvələri müəyyən zaman aşımında islam dininə qulluq edənlərə və xüsusən qafqazlılara qarşı radikal çıxışlar ediblər. Ancaq bu bütün Rusiya ictimaiyyətini əhatə etmir. Rusiyanın sağlam qüvvələri tərəfindən biz sevilirik, müəyyən rəğbətlə qarşılanırıq. Bu inteqrasiya şüuru onların da düşüncəsində oturuşub”.

 

Aygün Asimqızı

Tarix
11 Noyabr 2014 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin