Avtomobildə gizlədilən mobil telefonlar aşkar olundu

16:26 - 22 Noyabr 2016 - HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə Ucnoqta.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı avtomobildə idarəetmənin altında gizlədilmiş 4 ədəd “Samsung Galaxy J1 ace” markalı mobil telefon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti