Ana səhifə
19 Noyabr 2018

Avtomobil elektrik dirəyinə çırpıldı: 1 ölü, 1 yaralı

Ötən gecə Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. 

Ucnoqta.az xəbər verir ki, Zərifə Əliyeva keçəsində 1991-ci il təvəllüdlü Şəhriyar Etibar oğlu Kazımovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BS 177 dövlət nömrə nişanlı avtomobil yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1957-ci il təvəllüdlü Validə Ağa qızı Quliyeva və 1962-ci il təvəllüdlü Xatirə Muxtar qızı İsmayılova ağır xəsarətlər alıblar.

Yaralılar Lənkəran Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Validə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə ağırdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(ANS PRESS)

Tarix
8 Oktyabr 2014 [10:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin