Bakıda avtomobil 69 yaşlı qadını vurub

14:03 - 22 Noyabr 2016 - HADİSƏ

 Bakıda yolu keçmək istəyən 69 yaşlı qadını avtomobil vurub."Report"un xəbərinə görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Belə ki, 1947-ci il təvvəllüdlü Əliyeva Lətifə Abdul qızı yolu keçmək istəyərkən onu "Toyoto Prado" markalı avtomobil vurub. 
 Xəsarət alan qadını "Toyoto Prado" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Qadın əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Toyoto Prado" markalı avtomobilin sürücüsü özünü jurnalist kimi təqdim edib. Onun adı açıqlanmayıb.

Xəbər xətti