UEFA Qriqorçuku cəzalandırdı

13:58 - 22 Noyabr 2016 - İDMAN

UEFA "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb. Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Avropa Liqasının qrup mərhələsinin IV turunda  "Sent Etyen"lə oyunda  hakimə etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılan ukraynalı mütəxəssis bir oyunluq cəzalanıb.
O, "Anderlext"lə görüşdə texniki zonada olmayacaq. Qriqorçuku köməkçisi Sənan Qurbanov əvəz edəcək.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.

Xəbər xətti