“AtaTexnologiya” yeni «HRM360» məhsulu təqdim etdi

14:26 - 21 Noyabr 2016 - Müsahibə

“AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə ilə müsahibəni təqdim edirik:


- Bu günlərdə Sizin şirkətin yeni məhsulunun təqdimatı keçirildi, bu barədə ətraflı danışmağınızı istərdik.
- Məlum olduğu kimi, noyabrın 11-də “AtaTexnologiya” şirkətinin «HRM360» adlı yeni proqram təminatının təqdimatı keçirildi.  Elə “Human Resource” adından da bu məhsulun məqsədli təyinatı aydın olur. Bu proqram təminatı  insan resursları sahəsində tətbiq edilmək və HR-menecerlər, personalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. «HRM360» kargüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir. Belə ki, proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabatların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilik dəyişdiyi zaman proqrama da həmçinin, müvafiq dəyişikliklər edilir. Proqramda tətbiq edilən yeniliklərdən biri SMS bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, məsələn, müqavilənin, məzuniyyətin, ad gününün və s.-in xatırlatma mexanizminin olmasıdır. Düşünürəm ki, bu rahatlığın təyinatı hamıya aydındır. Yaradılmış interfeys çox rahatdır və hər səviyyəli istifadçi üçün uyğundur. Məhsul hazırlanarkən bizim tərəfdaşımız olan “Maykrosoft” proqramlaşdırılması qərarlarından istifadə edilmişdir.


- Nəyə görə məhz bu istiqamət seçilmişdir?
- “AtaTexnologiya” şirkəti uzun illərdir ki, mühasibatlığın, anbarın, satışların, logistikanın, istehsalın, insan resurslarının və s. avtomatlaşdırılması üzrə müxtəlif proqramların satışqabağı adaptasiyası ilə məşğul olur, iri təşkilat və müəssisələrdə bir sıra uğurlu layihələr həyata keçirmişdir. Həmçinin, iri istehsal və ticarət müəssisələrində “Netsis ERP” sisteminin tətbiqi ilə əlaqədar olan ciddi layihələr də gerçəkləşdirilmişdir. Azərbaycan bazarında hərətərəfli və insan resursları üzrə milli qanunvericiliyə uyğun proqram təminatının olmaması məlum idi. Biz müxtəlif profilli müəssisələrdə 10 iilik proqramlaşdırma təcrübəsinə malik olan şirkət kimi, bu proqramı insan resursları və ya kadrlar şöbələrinin tələbatlarını nəzərə almaqla hazırlamışıq. Proqram fəaliyyətin bütün mümkün sahələrində istənilən kommersiya strukturunun HR-nın qarşılıqlı əlaqəsini təmin edir.


-  “HRM360” proqram təminatının əhəmiyyəti barədə nə deyə bilərsiniz və o, kimlər üçün nəzərdə tutulub?
-  İlk növbədə, “AtaTexnologiya” şirkətinin “HRM360” proqram təminatı insan resursları sahəsində işləyən mütəxəssislərə hesablanmışdır. HR menecer onun köməyilə nəinki əməkdaşların bütün şəxsi məlumatlarını, o cümlədən hətta qan qrupu daxil olmaqla həm də bütün xidməti qərarları – təyinatları, töhmətləri, əmrləri, işlənmiş saatları, gəlişləri, ezamiyyətləri, xəstəlikləri və s. nəzərə almaqla  elektron kartoteka tərtib edir. Bu zaman onun çap edilməsinin mümkünlüyü də nəzərə alınmışdır. “HRM360” proqramının digər mühüm aspekti əmək haqqına ayırmaların uçotunun aparılması imkanıdır. Bundan əlavə, əməkdaşların öz məlumatlarına çıxış imkanları vardır. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir, bürokratik prosedurlar istisna edilir və HR menecerin vaxtına qənaət edilir.


- Məhsulun tətbiqinin perspektivləri barədə nə deyə bilərsiniz? 
- Zənnimizcə, «HRM360»-ın həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır. İndi o Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Lakin proqram təminatı işlənib hazırlanarkən, onun əsasına digər dillərdən də istifadə imkanı qoyulmuşdur. Bu, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. Proqramın rəqabətqabiliyyətliliyini onda olan işə qəbul üzrə CV modulunun olması təmin edir. Bu, namizədlərin seçilməsi işini xeyli asanlaşdırır. Vakansiya şablonları iddiaçılar tərəfindən doldurulduqdan sonra proqram tərəfindən təhlil edilir, axtarış rəhbərliyin qeyd etdiyi meyarlara əsasən həyata keçirilir. Seçimdən sonra müsbət nəticə əldə edilərsə, namizədin məlumatları avtomatik olaraq işçinin şəxsi kartoçkasına keçir. Bu halda həmçinin, proseslərin avtomatlaşdırılması, vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilir. 

 

Xəbər xətti