Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

13:04 - 21 Noyabr 2016 - İDMAN

Avropa Liqasının I qrupunda V turun “Şalke 04” (Almaniya) – “Nitsa” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.

Qeyd edək ki, oyun noyabrın 24-də Gelzenkirxen stadionunda keçiriləcək.

Xəbər xətti