Qatar qəzasında ölənlərin sayı - 133-ə çatdı

11:00 - 21 Noyabr 2016 - HADİSƏ

Hindistanda baş verən dəmiryol qəzasında ölənlərin sayı artıb. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son rəqəmlərə görə, Uttar-Pradeş ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 133 nəfər ölüb. Məlumata görə, xilasetmə əməliyyatı artıq başa çatıb və 80-dən çox adamın cəsədi artıq tanınıb. Ölənlərin hamısının Hindistan vətəndaşları olduğu deyilir. Hadisənin dəqiq səbəbi hələlik məlum olmasa da, ilkin ehtimala görə, qəza qatarın relsdən çıxması nəticəsində baş verib.

Xəbər xətti