Mövlud Çavuşoğlundan erməni deputata: “Qarabağı siz işğal etmisiniz, niyə çəkilmirsiniz?”

17:36 - 19 Noyabr 2016 - DÜNYA

“Sizi dinlədiyim zaman sanki bir mələksiniz - barış mələyisiniz. BMT və  Avropa Şurasının qətnamələrində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi göstərilib, ya yox?” APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyənin İŞİD-i dəstəkləməsi barədə səsləndirdiyi ittihama cavab olaraq deyib.
M. Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanla bir millət, iki dövlətdir: “Azərbaycan torpaqlarını mənmi işğal etmişəm? Qarabağı mənmi işğal etmişəm? Siz işğal etdiniz, niyə çəkilmirsiniz? Biz sizə bəzi məsləhətlər verdik, təkliflər irəli sürdük, “buradan çəkilsəniz, sərhədləri açarıq” dedik. Siz dediniz ki, Azərbaycanı niyə şərt kimi qoyuruq? Biz də “Azərbaycan bizim qardaş ölkəmizdir” cavabını verdik. Dedik ki, Azərbaycanın məsələsi bizim məsələmizdir”. 

Xəbər xətti