Ana səhifə
16 Oktyabr 2018

“CinemaPlus”da ilk dəfə kriminal komediya filminin peşəkar dublyajı - VİDEO

 Premium kinoteatr “CinemaPlus” ilk dəfə olaraq 18+ reytinqli azərbaycan dilində peşəkar dublyaj olunmuş “Hamıya qarşı” filminin nümayişinə başlayıb. Bundan sonra yalnız xarici dildə deyil, həmçinin azərbaycan dilinə dublyaj olunmuş filmlər də nümayiş olunacaq.  
Dublyaj prosesi asan deyil. “CinemaPlus” kinoteatrı öz tamaşaçılarına  filmdə, ekranda deyilənlərin mənasını çatdırmaq istəyir. Səs və avadanlıqlar öz işinin peşəkarı, keyfiyyət göstəricisi olmalıdır.  
“Hamıya qarşı” filmi “Cinemazadeh” studiyasında 2016-cı ildə dublyaj olunub. Dublyajın redaktoru Xətai Əli, səs rejissoru Azad Vəliyevdir. 
Filmi səsləndiriblər: Elmir Məmmədyarov, Oleq Əmirbəyov, Tural Əsədov, Zaur Şəfiyev, Kamran Ağabalayev, Xələf Cəfərov, Xətai Əli, Xumar Quluzadə, Taleh Yüzbəyov, Ofeliya Novruzqızı və başqaları. 
Kriminal komediya filminin rejissoru Con Maykl MakDondur. Filmdə rolları Aleksandr Skarsqard, Teo Ceyms, Tessa Tompson və Maykl Penya kimi aktyorlar oynayıb. 
Film haqqında qısa məlumat: Nyu-Yorkdan olan iki rüşvətxor polis əllərinə imkan düşən kimi qabağlarına çıxan hər kəsi sıxışdırırlar. Tale onlara bir milyon dollar qazanmaq şansı yaradır, lakin həmin şansa qəribəliklərə meyli olan ingilis lordu da iddia edir. Haqlı şikar mübarizəsində ortaqlar lordun bəzi sirlərini öyrənirlər və əvəz çıxmağa qoşulurlar. Ədalət uğrunda mübarizədə - pis polislər yeni nəsə dadmağa tələsirlər.... lakin görün onlar ədaləti necə başa düşürlər.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

Tarix
19 Noyabr 2016 [14:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin