Qəbələdə “Mercedes” qəzaya uğrayıb: 1 ölü

11:15 - 19 Noyabr 2016 - HADİSƏ

Qəbələdə ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun cəsədini çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:58-də başa çatıb.

Xəbər xətti