Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın

09:58 - 19 Noyabr 2016 - HADİSƏ

Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib. Hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.

Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası yanğını söndürüb. Xəsarət alan yoxdur.

 

 

Xəbər xətti