Yazıçı Anar jurnalist Zabil Müqabiloğluna yardım edəcək

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tanınmış jurnalist Zabil Müqabiloğlunun səhhətində yaranmış problemlərdən narahatlığını bildirib və daha bir qələm sahibinin sağlamlığının ağır duruma düşməsindən dərin təəssüf hissi keçirdiyini qeyd edib. Bu barədə “Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli ilə söhbətində AYB-nin “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs məlumat verib.

Qulu Ağsəs deyib: “Anar müəllim mətbuatdan Zabilin durumu ilə bağlı oxuyub və narahat olub. O məsələ ilə maraqlanıb və bəlli olub ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Zabilin müalicəsinə köməklik göstərilməsi üçün dövlət rəsmiləri ilə danışıb, mümkün olan köməkliklər ediləcəyi deyilib. Bununla belə Anar müəllim Yazıçılar Birliyinin imkanları daxilində Zabilə müəyyən bir maddi yardım ediləcəyini bildirib. Həmin vəsait Zabil Müqabiloğluna çatdırılacaq. AYB sədri Zabilə şəfa diləyir, onun tezliklə sağalmasını, yaradıcılığını davam etdirməsini arzu edir”. 

“Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğluna qaraciyər köçürülməsi ilə bağlı iş aparılır”. Bunu isə Lent.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və buna qədərki müalicəsinin təminatı üçün müvafiq rəsmi qurumlarla danışıqlar aparılıb və ümumi razılıq əldə edilib: “Danışıqlar əsasında ümumi razılıq əldə olunub. Jurnalistin qaraciyər köçürülməsi əməliyyatının gerçəkləşməsi üçün əvvəl uyğun donor tapılacaq, donor tapıldıqdan sonra əməliyyatın və onun tam sağalması üçün müalicənin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi razılaşdırılıb. Biz Zabil Müqabiloğlunun tam sağalıb yenidən jurnalistikaya qayıtmasına sevinərik”.

Nəzərə çatdıraq ki, noyabrın 7-də Zabil Müqabiloğlu daxili qanaxma diaqnozu ilə xəstəxanaya gətirilib. Onun qara ciyəri fəaliyyətini dayandırıb. 

Tarix
19 Noyabr [01:16]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib

Jurnalistlərə mənzillərin verilməsi üçün tələb olunan kriteriyalar açıqlanıb

Jurnalistləri üçün tikilən binanın istifadəyə veriləcəyi tarix açıqlandı

Əflatun Amaşovdan Mariya Zaxarovaya etiraz: "Mariya Zaxarova yaxşı bilir ki, ..."

Nazir Mətbuat Şurasının sədrinə “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim edib

Fondun təşkilatçılığı ilə Lənkəran şəhərində regional konfrans keçirilib

MŞ İdarə Heyətinin üzvü olan deputat Belçikada səfərdədir

Şöhrət ordenli veteran jurnalist Mətbuat Şurasında olub

Mətbuat Şurası Gürcüstanda fəaliyyət göstərən jurnalistləri təltif edib

Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.