Ana səhifə
19 Sentyabr 2018

Bakıda İran məhsullarının sərgisi olacaq

Noyabrın 17-də Bakıda ixtisaslaşmış İran məhsulları sərgisinin açılışı olacaq.

 

 

Ucnoqta.az xəbər verir ki, bunu trend-ə eksklüziv açıqlamasında İranın Ticarət və İnkişaf Təşkilatı sədrinin marketinq və əlaqələrin qurulması üzrə müavini Əbutalib Bədri deyib.

Ə.Bədri bildirib ki, tədbir Azərbaycan və İran sənaye şirkətlərinin müştərək sərgilərinin təşkili üçün şərait yaradılması və iki ölkə tacirlərinin qarşılıqlı əlaqələrinin artırılmasını dəstəkləmək məqsədilə təşkil olunur.

Onun sözlərinə görə, Bakıda keçiriləcək 4 günlük sərgidə İranın müxtəlif bölgələrindən, o cümlədən Tehran, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Xuzestan, Xorasan Rəzəvi və s. əyalətlərdən 47 şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək.

Ə.Bədri deyib ki, sərgidə əsasən ərzaq məhsulları, istehsal avadanlıqları, neft-kimya məhsulları, avtomobil və avtomobil hissələri, tikinti materialları, tibbi avadanlıq, məişət əşyaları, xalça, mebel, əl işləri istehsalı, yükdaşıma və turizm sahəsində çalışan şirkətlər iştirak edəcəklər.

Sərgi Baku Ekspo Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, sonuncu belə sərgi Bakıda 2010-cu ildə təşkil edilib.

 

Tarix
11 Noyabr 2014 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin