Ermənistanda hərbçinin meyiti tapılıb

15:37 - 18 Noyabr 2016 - HADİSƏ

Ermənistanda hərbçinin meyiti tapılıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Tavuş vilayətində baş verib. Ermənistan İstintaq Komitəsinin yaydığı xəbərdə bildirilir ki, hərbi hissələrin birində atıcı batalyonun nəzarət-keçid məntəqəsində müqaviləli əsasda xidmət edən İvan Ayrapetyanın meyiti aşkar olunub. Hərbçinin baş nahiyəsində güllə yaraları olub.  Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Xəbər xətti