Mənzildə aspirator alışdı, mətbəxi yandırdı - Bakıda

13:15 - 18 Noyabr 2016 - HADİSƏ

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli qismən yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər xətti