Ağdamda yol qəzası: sürücü xəsarət alıb

13:08 - 18 Noyabr 2016 - HADİSƏ

Ağdamda idarəetməni itirən sürücü xəsarət alıb. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində baş verib. Rayonun Mərzili kənd sakini Şəfa Quliyev idarə etdiyi “VAZ 2107” markalı, 90 KN 530 nömrə nişanlı avtomobillə yol kənarındakı  arxa düşüb. Nəticədə Ş. Quliyev üz nahiyəsindən xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər xətti