Brayza: "Həmsədr olan Rusiyanın Ermənistanla qoşunların birləşmiş qruplaşmasını yaratması anlaşılan deyil"

12:33 - 18 Noyabr 2016 - SİYASƏT

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, o M. Brayza ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu addımı necə atdığını anlamadığını deyib.
Onun sözlərinə görə, V. Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar atmamalıdır.
M. Brayza qeyd edib ki, hər iki tərəf - Azərbaycan və Ermənistan danışıqlar masası arxasına qayıdıb, müzakirələr aparmalıdır.

Xəbər xətti