Ələt-Astara magistralında yanacaq daşıyan maşın aşdı: yol bağlanıb

11:43 - 18 Noyabr 2016 - HADİSƏ

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub. Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb. 
Hazırda Ələt-Astara magistralı bağlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.

Xəbər xətti