Şahdağa 20 sm qar yağıb

10:33 - 18 Noyabr 2016 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı açıqlama yayıb. Ucnoqta.az xəbər verir ki, xəbərə görə noyabrın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçib, bəzi yerlərdə intensiv olub. Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-26, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Şahdağda 20, Daşkəsəndə 5, Sarıbaş, Gədəbəydə 4, Xınalıq, Göygöldə 2, Qubada və Qubanın dağlıq ərazilərində 1-7 sm olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, bəzi yerlərdə arabir 28 m/s-dək güclənib.

Xəbər xətti