Rusiya və Fransa XİN başçıları Dağlıq Qarabağdan da danışıblar

10:05 - 18 Noyabr 2016 - SİYASƏT

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro telefonla danışıb.

"Report" Rusiya XİN-in saytına istinadən xəbər verir ki, nazirlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli yollarına dair fikir mübadiləsi ediblər.

İnformasiyaya əsasən, diplomatlar İraqın Mosul bölgəsinin terrorçulardan azad edilməsi yollarından, terrorçulara qarşı birgə mübarizədən də danışıblar.

Xəbər xətti