"Qəbələ"nin yarımmüdafiəçisi: ""Qarabağ" çox yaxşı şansı var"

15:27 - 17 Noyabr 2016 - İDMAN

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin azerisport.az saytına müsahibəsi


- Əksər futbolçularınızın yığma komandalarda olduğu bu dövrdə futbolsuz qalmaq darıxdırıcı deyildi?
- Məşqlərimiz olurdu. Qarşıdakı oyunlara hazırlaşırdıq. Ona görə də heç bir darıxdırıcı məqam yox idi.


- "Qəbələ"nin bu qədər milli üzvünə malik olması sizin üçün üstünlükdür, ya bu, komandanın çıxışına mənfi təsir göstərir?
- Yığma komandada oynamağı hər bir futbolçu istəyir. Fikrimcə, bu, "Qəbələ" üçün yaxşı amildir. Bu qədər milli üzvü olan futbolçumuzun olması fəxrdir.


- Deyilənə görə, Azərbaycan yığmasına azarkeşlik edirsiniz. Sizcə, millimiz Şimali İrlandiyaya niyə 0:4 hesabıyla uduzdu?
- Bəli, həmin oyunu izlədim. Rəqib güclü idi və əsas üstünlüyündən yaxşı yararlandı. Mənə elə gəlir ki, Azərbaycan yığması qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək.


- Futbolçularımız qrupdan çıxmaq arzusunda olduqlarını gizlətmirlər. Sizcə, bu, realdır?
- Mən də hesab edirəm ki, komandanızın belə bir şansı var. Amma buna nail olmaq heç də asan olmayacaq.


- Bu yığmada oynamaq istəyərdiniz?
- Eşitmişəm ki, Azərbaycan yığmasına düşmək üçün azı beş il bu ölkədə futbol oynamaq lazımdır. Yalnız ondan sonra mənə pasport verilə bilər və yığmaya dəvət ala bilərəm. Belə bir şansım olsa, təbii ki, düşünərəm.


- Bəs Robert Prosineçkinin millimizdəki işini necə qiymətləndirərdiniz? Deyilənə görə, xorvatlar onu öz ölkələrinin yığmasında görmək istəyirlər...
- Prosineçki böyük futbolçu olub. O, həm məşqçi kimi güclüdür, həm də insan kimi yaxşı adamdır. Onunla çalışmamışam. Amma bilirəm ki, Xorvatiyada çox sevilir.


- "Qəbələ"nin Avropa Liqasında xal toplaya bilməməsinin səbəbi nədir?
- Bütün rəqiblərimiz çox güclüdür. Həm də biz bəzi oyunçularımızı zədə səbəbindən itirmişdik.


- Topaz Premyer Liqasının növbəti turunda "Zirə" ilə qarşılaşacaqsınız...
- Çətin oyun olacaq. Amma bizə qələbə lazımdır. Buna görə də xal itkisi barədə düşünmürük.


- Sizi çempionatda haqlayan "Qarabağ" Avrolqiada da uğurlu çxışı ilə seçilir...
- Bəli, onlar Avroliqada daha yaxşı təsir bağışlayır. Fikrimcə, "Qarabağ" pley-offa çıxacaq. Onların çox yaxşı şansı var.


- "Qəbələ" həmyerliniz Petar Franyiçi transfer etsə də, o, hələ Azərbaycanda özünü yaxşı tərəfdən göstərə bilmir. Sizcə, bunun səbəbi nədir?
- O, yaxşı futbolçudur. Onun hələ özünü yaxşı tərəfdən göstərmək üçün şansı olacaq.

Xəbər xətti