Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

14:58 - 17 Noyabr 2016 - HADİSƏ

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, şəhərin Atatürk və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində Gəncə sakini, 1991-ci il təvəllüdlü Sənan Zeynalovun İdarə etdiyi “Niva” və Samux rayonu, Lək kənd sakini 1958-ci il təvəllüdlü Fikrəddin İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”-ın sürücüsü və onun həmkəndlisi, 1976-cı il təvəllüdlü Şamil Qasımov ağır bədən xəsarətləri alıblar, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətlərinin ortaağır olduğu bildirilir.
Məlumata görə qəzaya səbəb işıqforun işləməməsi olub.
Faktla bağlı Gəncə şəhər Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbər xətti