33 yaşlı gənc qatarın altında qaldı - Siyəzəndə

12:02 - 17 Noyabr 2016 - HADİSƏ

Bu gün səhər saatlarında Siyəzəndə 1 nəfərin qatarın altında qalması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, saat 05:10 radələrində Siyəzən rayonunun Gilgilçay stansiyasında, 1983-cü il təvəllüdlü yerli sakin Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.
Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə aparılıb. "Hər iki baldırın aşağı 3/1-nin amputasiyası, post - travmatik şok" diaqnozu qoyulan zərərçəkən Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəsarət alan şəxs həmin qatarın maşinist-köməkçisi olub. Hadisə növbəni təhvil verib, evə gedərkən qeydə alınıb.
Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti