Ana səhifə
24 May 2018

Ermənistana pul axını kəsilir

Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir. Ermənistan Mərkəzi Bankı Rusiyadan Ermənistana fiziki şəxslər adına köçürülən pulların kəskin azaldığını bildirib. Mərkəzi Bankın son hesabatı avqust ayına aiddir. Həmin ayda 1 il əvvəllə müqayisədə Rusiyada işləyən ermənilərin Ermənistana köçürdükləri pul 9 faiz azalıb. Belə ki, 2013-cü ilin avqustunda 184 milyon dollar pul köçürülmüşdüsə, bu ilin avqustunda 167 milyon dollar köçürülüb.

Ermənistan iqtisadiyyatı xaricdən köçürülən pullardan çox asılıdır.   2013-cü ildə Ermənistanın bütün ixracı 1,4 milyard dollar olub, xaricdən köçürülən pullar isə 1,8 milyard dollar.

Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəsi Mark Horton deyib ki, Ermənistan iqtisadiyyatını çətin dövr gözləyir. 

 

Tarix
8 Oktyabr 2014 [10:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin