Ana səhifə
19 Sentyabr 2018

Rublun məzənnəsini sərbəst bazar tənzimləyəcək

Əli Əlirzayev: “Bu qərarla bağlı açıqlamadan sonra diqqətə çarpan bir dəyişiklik olmayıb”

 

 

Samir Əliyev: “Rusiyada milli valyutanın ucuzlaşmasının ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir”

 

Rusiyanın milli valyutası rublun məzənnəsi dünyanın aparıcı valyutalarına nisbətən dəyərsizləşmədə davıam edir. Bu ölkənin Mərkəzi Bankı (MB) rubla nisbətdə indiyədək olan tənzimləmə müxanizmini də dəyişib. Bu barədə MB-in öz saytına qoyduğu məlumatda bildirilir. Artıq Mərkəzi Bank valyuta zənbilinə qoyduğu dəhlizi və mütəmadi valyuta müdaxiləsini ləğv edib.
Bununla MB rublun məzənnəsinə öz təsirini minumuma endirir və bildirir ki, rublun məzənnəsi daha çox bazar amilləri ilə müəyyənləşəcək. Ancaq Bank valyuta müdaxiləsindən imtina etmədiyini də vurğulayıb. Əgər maliyyə sabitliyinə təhlükə olsa, onda Bank müdaxilə edə bilər.

Bu məsələyə münasibət bildirən iqtisadçı alim Əli Əlirzayev qeyd etdi ki, Rusiya Mərkəzi Bankı, rublun icra olunduğu dalğalı koridor rejimini ləğv edərək, rublun sərbəst məzənnə rejimi çərçivəsində icra olunmasına icazə verib: “Mərkəzi Bank ancaq maliyyə sabitliyinə təhlükə meydana gəldikdə  məzənnəyə müdaxilə edəcək. Bunula belə, Rusiya MB-nın bu qərarından əvvəl dollar qarşısında  2 faizə yaxın dəyər qazanmış rublda, bu qərarla bağlı açıqlamadan sonra diqqətə çarpan bir dəyişiklik olmayıb”.

Müsahibimiz, rublun  “qaydalar daxilində təyin olunan bir səviyyənin” altında icra olunması halında edilən günlük 350 milyon dollar ilə məhdudlaşdırılmış müdaxilələrin dayandırılacağını, ancaq mərkəzi bankının spekulyativ tələbi azaltmaq üçün hər an kafi həcmdə müdaxilədə ola biləcəyini istisna etmir. O, rublun likvidliyinin müvəqqəti məhdudlaşdıracağını söyləyib: “Sərbəst üzən məzənnə rejiminin tətbiqi zamanı məzənnə bazar tərəfindən müəyyən edilir və valyuta bazarına hər hansı rəsmi müdaxilə yalnz məzənnədə həddən artıq kəskin tərəddüdlərin zəiflədilməsi məqsədini daşıyır”.

Bu arada Rusiya Mərkəzi Bankı kapital axını barədə də hesabat yayıb. 2014-cü il başlanandan indiyədək Rusiyadan xaricə 128 milyard dollar kapital axıb. Bu da MB-nin gözlədiyindən çoxdur. 
MB-nin fikrincə, gələn il isə kapital axını 100 milyard dollar olmalıdır.
2015-ci ilin ortalarına MB neftin qiymətini hər barrelə 94-96 dollar proqnozlaşdırır. Bankın fikrincə, bundan sonra neft ucuzlaşaraq 90 dollara düşəcək.

                                                  Samir Əliyev

 

İqtisadçı ekspert Samir Əliyev isə “Üç nöqtə”yə dedi ki, hazırda Rusiya iqtisadiyyatında müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərməkdə davam edir: “Ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşmasının ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Bu ölkənin soydaşlarımız üçün “iş yeri” olduğunu nəzərə alsaq, bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Belə ki, rus rublunun dəyərsizləşməsi özünü Rusiyaya işləməyə getmiş soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20 faizdən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olur. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə ölkəyə 1,2 milyard dollar həcmində pul keçirilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq, bu rəqəmin artdığını görə bilərik. Bu pullar, təbii ki, rublla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxarır. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəqəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir”.

Rublun ucuzlaşmasının Azərbaycanın ixrac potensialını zəiflətdiyini deyən S.Əliyev qeyd edib ki, milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir: “Yəni dollar rubla nəzərən bahalaşdıqca, manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə, Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu, onların rəqabətqabiliyyətliliyini aşağı salır. Rusiya ilə ticarət dövriyyəmiz ötən il 2,6 milyard dollar olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində geriləmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22 faiz azaldığı halda, ixracın azalması 42 faizə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili tələbatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca, bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqelərini saxlamaq çətin olacaq».

 

Əfsun

 

 

Tarix
11 Noyabr 2014 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin