Ən çox qazanan qadın müğənnilər kimlərdir?

15:51 - 16 Noyabr 2016 - MAQAZİN

“Forbes” jurnalı musiqi dünyasının ən yüksək gəlirli qadın müğənnilərinin siyahısını hazırlayıb. Ucnoqta.az aznews.az istinadən xəbər verir ki, siyahıya 31 yaşlı müğənni Keti Peri başçılıq edib. O, ötən il ərzində təxminən 135 milyon dollar (təxminən 228879000 AZN) qazanıb.

Ketinin siyahıya liderlik etməsinə “Prismatic World Tour”, eləcə də “Coty” və “CoverGirl” kimi kosmetik brendlərlə bağladığı müqavilələr kömək edib.

Siyahıda ikinci pillədə 80 milyon dollar qazancla 25 yaşlı müğənni Teylor Svift qərarlaşıb. “1989” adlı albomunu 8,6 milyon tirajla satması və dünya turu ona birinci yer qazandırmayıb.

Lakin bundan əvvəl KİV Sviftin yeni albom, uğurlu dünya turu, “Diet Coke” və “Elizabeth Arden” kimi brendlərlə bağladığı müqavilə nəticəsində 317,8 milyon dollar (təxminən 538798120 AZN) qazandığını iddia edib.

Siyahıda üçüncü yeri “Fleetwood Mac” qrupu tutub. Bu qrupun illik qazancı 59,5 milyon dollar (təxminən 100876300 AZN) təşkil edib. 4-cü yerdə qərarlaşan Ledi Qaqanın ötən il üçün qazancı 59 milyon dollar (təxminən 100028600 AZN) olub. Liderlər beşliyini 54,5 milyon dollar (təxminən 92399300 AZN) gəlirlə Beyons tamamlayıb.

Ən varlı müğənnilərin onluğunda Britni Spirs (31 mln. dollar), Cennifer Lopez (28,8 mln. dollar), Miranda Lambert (28,5 mln. dollar), Meray Keri (27 mln. dollar) və Rihanna (26 mln. dollar) qərarlaşıblar.

Xəbər xətti