Elmar Məmmədyarov franslı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

15:49 - 16 Noyabr 2016 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarov 17 noyabr 2016-cı il tarixində Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək.

Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.

Xəbər xətti