Ana səhifə
25 Sentyabr 2018

Ermənilərin “hərb blef”i”

Qabil Hüseynli: “Ermənistan tərəfindən gələn həyasız mesaja tərəfləri danışıqlara dəvət edən beynəlxalq güclər reaksiya verməlidir”

 

 

Son vaxtlar erməni silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozma halları səngimək əvəzinə artır. Beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qeupunun münaqişə ilə bağlı tərəfləri dialoqa cəlb etdikcə, ermənilər cəbhə xətti boyu daha da “aktivləşirlər. Üstəlik ermənilər "Birlik 2014" təlimlərini də ictimaiyyətin “gözünə soxurlar”.  Qeyd edək ki, erməni politoloqları bu cür təlimləri 1991-ci ildən bəri bu ölkənin və Dağlıq Qarabağın tarixində görünməmiş hadisə adlandırıblar. Onlar hesab edirlər ki, bu cür təlimlər guya qısa müddət ərzində Ermənistanın və qondarma DQR-in "müdafiə ordusu"nun 70-80 faiz şəxsi heyəti bu təlimdə döyüş hazırlığına tam hazır olduğunu göstərib. Qeyd olunub ki, həmin təlimlərdə 47 min əsgər iştirak edib, ümumilikdə isə 60-70 min hərbi qulluqçu poliqonlara göndərilib. Erməni ekspertləri təlimlərdə istifadə edilən hərbi texnikanın sayını xüsusilə qabardıblar. Erməni şərhçilər faktiki olaraq ordunun genişmiqyaslı müharibəyə hazır olduğuynu deyib. İşğalçı tərəf 1991-ci ildən bəri Rusiya ilə birgə ən böyük təlimlərin 2013-cü ildə keçdiklərini qeyd edərək, Azərbaycanda isə belə yüksək səviyyədə təlim keçirilmədiyini bildiriblər.

 

Yerli ekspertlərimiz hesab edirlər ki, ermənilər Azərbaycana "gücləndiyini", müharibəyə hazır olduqlarını göstərməyə, bizi qorxutmağa çalışırlar.  Amma bütün bunlar erməni qorxaqlığının əks təsirlərinin nümunəsidir.

 

Politoloq Qabil Hüseynli dedi ki, belə hədə-qorxunun heç bir mənası yoxdur. Ona görə ki, qorxudan doğan hədə-qorxu qorxudanın zəifliyinin göstəricisidir.

 

“İndi Ermənistanda sosial, iqtisadi vəziyyət həddən artıq ağırdır. Ermənistan iqtisadiyyatı olmayan bir ölkədir. Belə olan halda acından ölən ölkə müharibəni necə uda bilər, müharibəyə necə hazır ola bilər, ən müasir silah-sursat almağa, belə təlimlər keçirməyə bu qədər vəsaiti haradan ala bilər. Ona görə də, ekspert belə qənaətə gəlir ki, bu, borc içində boğulan Ermənistanın növbəti "blefi"dir. Q.Hüseynlinin sözlərinə görə, Ermənistanda belə hərbi təlimlərin keçirilməsi, həm də daxili ictimaiyət üçün hesablanmış bir məsələdir. Bu, onsuz da çətin vəziyytdə qalan və ölkəni tərk edən “əhali axını”nın qarşıısnı almaq üçün erməni “başbilənləri» tərəfindən orataya atılmış siyasətdir. Politoloq hesab edir ki, əks halda bir tərəfdən sosial vəziyyətin ağırlığı, bir tərəfdən də əhalini zorla Dağlıq Qarabağa yerləşdirən və onlara bolluca ümidlər verən separatçı liderlər “mat” vəziyyətində qala bilər.  “Ermənilər sərhəd zolağında keçirdikləri təlimlərdə tez-tez Rusiyanın adını çəkməklə əsas dəstəyə sahib olduqlarını nümayiş etdirirlər. Onlar Azərbaycan ordusunun hansı gücə malik olduğunu bilirlər və bunu avqust ayında təmas xəttində və Ermənuistanla səhhəd ərzilərdə gərginləşən vəziyyət zamanı bir daha gördülər. Bu, erməniləri Azərbaycan torpaqarını işğal etməyə şirnikləndirən ruslara da bəlli oldu. Bu gün regionla bağlı qlobal oyunların getdiyi bir vaxtda Rusiya özünün mövqelərini bir daha möhkəmlətmək, lazım gələrsə Azərbaycanı özünə “elçi saldırmaq” üçün ermənini daha çox üstümüzə “qısqırtmaq” istəyir. Bu istiqamətdə gedən proseslər hər kəsə bəlli olduğu üçün Azərbaycan hər dəfə özünün dəyişməz mövqeyini bəyan edir. Ona görə də ermənilərin müxtəlif adlarla rus hərbçilərini  öz yanlarında göstərmələri Azərbaycan insanlarını qorxuda biləcəyini düşünmürəm”.

Politoloq qeyd etdi ki, Ermənistan tərəfinin böyük müharibəyə hazır olmaları ilə bağlı verdikləri bu həyasız mesaja tərəfləri danışıqlara dəvət edən beynəlxalq güclər reaksiya verməlidir. “Bir daha dünyaya bəyan edilməlidir ki, Azərbaycan ərazilərini rus hərbi qüvvələrinin dəstəyi ilə işğal edən erməni separatçılarının başçısı Serj Sarqsyanın münaqişənin sülh yolu ilə həll etmələrini arzu etmələri yalançı manevrdir və beynəlxal ictimaiyyətin gözünə kül üfürməkdir. Əslində erməni separatçıları öz işğalçılıq siyasətini davam etdirmək üçün özlərinə münbit şərait axtarırlar. Separatçılar həmsədr dövlətlər tərəfindən qınanmadıqca, onlara qarşı sanksiyalar tətbiq edimədikcə, onlar bu niyyətlərindən əl çəkən deyillər. Üstəlik özlərinə qarşı olan bu münasibətdən şirniklənərək,  çəkinmədən həyasızcasına böyük müharibəyə hazır olmaları barədə də bu cür sərsəmləmələr edəcəklər”.

 

T.Qafarlı

Tarix
11 Noyabr 2014 [19:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin