Suriyadakı müharibəni bitirməyin yeganə şərtini açıqladı - Yunanıstan prezidenti

11:09 - 16 Noyabr 2016 - SİYASƏT

Yunanıstan prezidenti Prokopis Pavlopulos hesab edir ki, Suriyada gedən müharibəni yalnız Rusiya, ABŞ və Avropa İttifaqının "birgə əməkdaşlığı"nın təmin edilməsi şərti ilə başa çatdırmaq olar.

Bunu o, çərşənbə axşamı Afinada səfərdə olan ABŞ prezidenti Barak Obama ilə nahar yeməyi zamanı bildirib.

"Cənab prezident, qaçqınları müdafiə etmək və terrorçuluğun qarşısını almaq üçün Suriyadakı və ümumilikdə regiondakı müharibə dayandırılmalıdır. Bu ümumi hədəfdir və ABŞ, Aİ və Rusiyanın birgə əməkdaşlığını tələb edir", - deyə Pavlopulos bildirib.

Xəbər xətti