Fransa prezidenti: \"Tramp demokratik yolla seçilib, gəlin bu seçimə hörmət edək\"

11:08 - 16 Noyabr 2016 - SİYASƏT

"Donald Tramp ABŞ prezidenti postuna xalq tərəfindən səsvermə yolu ilə seçilib və bu seçimə hörmət etmək lazımdır".

Bu sözləri çərşənbə axşamı "France 24", "TV5" telekanalları və "RFI" radiostansiyasına müsahibəsində Fransa prezidenti Fransua Olland deyib.

"Donald Tramp demokratik seçkilər yolu ilə seçilib, gəlin bu seçimə hörmət edəkMənim telefon zəngim vəziyyəti sakitləşdirmək məqsədi daşıyırdı. O özü də dialoqu davam etdirmək istəyində olduğunu bildirdi", - deyə Olland söyləyib.

O qeyd edib ki, "Paris Fransa, Avropa və Amerikanın maraqları, həmçinin bizim ümumi dəyərlərimizə hörəmt əsasında amerikalılarla əməkdaşlığı davam etdirmək istəyir".

"Biz bu söhbəti onun işə başlamasından sonra davam etdirmək qərarına gəldik", - deyə Olland əlavə edib.

Xəbər xətti