Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub - FOTO

11:22 - 15 Noyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə müdafiə nazirinə məruzə olunub.
İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən müdafiə naziri müvafiq göstərişlər verib.


Xəbər xətti