Baş naziri ABŞ-ın yeni seçilən prezidentinin telefon zənginə cavab verməyib

11:11 - 15 Noyabr 2016 - SİYASƏT

 Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb.
"Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib.
İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib.

Xəbər xətti