15 yaşlı qız epilepsiya tutmasından öldü - Salyan xəstəxanasında

11:07 - 15 Noyabr 2016 - HADİSƏ

Salyan rayonunda 15 yaşlı qız epilepsiya tutmasından ölüb. "Report"un Aran bürosunun məlumatına görə, rayonun Ərəbqardaşbəyli kənd sakini 2001-ci il təvəllüdlü Zərxanım Alıqulu qızı Novruzova epilepsiya tutması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti