Akif Çovdarov məhkəməyə zorla gətirildi

14:35 - 14 Noyabr 2016 - ÖLKƏ İÇİ

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. Təqsirləndirilən şəxslərdən yalnız Akif Əliyev məhkəməyə gətirilib. Akif Çovdarovun səhhətində problemlər olmasına görə məhkəməyə gətirilməyib. Digər təqsirləndirilənlər də Penitensiar Xidmət tərəfindən məhkəməyə gətirilmədiyi üçün prosesdə fasilə elan olunub.

Məhkəmə prosesi bu gün saat 12:30-da davam etdiriləcək.

Xəbər xətti