Ana səhifə
24 Sentyabr 2018

Ruhani İranı dünyaya açır

İran prezidenti Həsən Ruhani ölkə universitetlərini  daha çox xarici tələbə və məruzəçi qəbul etməyə çağırıb.

Ruhani universitetlərdə ingilis dilində təlimin yaradılmasına çağırıb və təklif edib ki, İran akademik həyatı beynəlxalq təcrübədən daha çox öyrənməlidir.

Rohani oktyabrın 7-də dövlət televiziyasında akademik ilin başlanması münasibətilə canlı çıxış edib. O, xarici aləmlə daha çox əlaqənin yaradılmasının casusluğa gətirəcəyinə dair mühafizəkarların narahatlığına əsas görmədiyini deyib.

Tehran Universitetində ingilis dilli fakültə var, ancaq İranda bütün dərslərin ingiliscə keçildiyi ali təhsil ocağı yoxdur.

Rohani PhD dərəcəsini Şotlandiya universitetində alıb. O, İranı dünya ilə təkcə siyasətdə deyil, iqtisadiyyat, elm və texnologiya sahəsində də qarşılıqlı əlaqələr yaratmağa çağırıb.

 

Tarix
8 Oktyabr 2014 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin