Dünyanın ən böyük təyyarəsi yanıb

15:33 - 11 Noyabr 2016 - MARAQLI

Almaniyanın Leypsiq şəhərinin aeroportunda dünyanın ən böyük təyyarəsi olan An-225 "Mriya" təyyarəsinin mühərriklərindən biri yanıb. APA-nın "sachsen-fernsehen.de" saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə doqquz yağınsöndürmə heyəti cəlb olunub. Yanğının qarşısı 15 dəqiqə ərzində alınıb.
Məlumatda bildirilir ki, təyyarə Çiliyə uçmağa hazırlaşırmış.
1988-ci ildə SSRİ-də istehsalına başlanan reaktiv yük təyyarəsi olan An-225 "Mriya" dünyada ən böyük təyyarə hesab olunur.

Xəbər xətti