Yükdaşıma 5 faizdən çox azalıb - TRACECA dəhlizi ilə

15:04 - 11 Noyabr 2016 - İQTİSADİYYAT

Bu ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya ( TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 mln. 154,5 min ton, yük dövriyyəsi isə 7,289 mlrd. ton-km olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 23 mln. 496,1 min tonu və ya 63,2%-i avtomobil nəqliyyatı, 10 mln. 214,2 min tonu və ya 27,5%-i dəmir yolu nəqliyyatı, 3 mln. 444,2 min tonu və ya 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 12,7% və 27,1%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9%-ni və ya 5 mln. 518,4 min tonunu tranzit yüklər təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 5 mlrd. 85,9 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınıb sərnişinlərin sayı 2,4%, sərnişin dövriyyəsi isə 1,6% artıb.

Xəbər xətti