Fazil Mustafa: “Kredit borcu olanlara şəxsiyyət vəsiqəsi verilmir”

14:55 - 11 Noyabr 2016 - İQTİSADİYYAT

Milli Məclisin iclasında cari məsələlər müzakirə olunub. Fazil Mustafa vətəndaşların müraciətini parlament rəhbərinin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır: “Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o, yoxsullaşıb və kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.

Xəbər xətti