Azərbaycanda 5 hotelə dərəcə sertifikatları verilib

14:38 - 11 Noyabr 2016 - Mədəniyyət

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Bu ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya AZS 745-2015 dövlət standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.
“Staybridge Suites Baku” – 4 (dörd) ulduz superior

“Neapol” –             4 (dörd) ulduz
“Baku İnn Hotel” – 4 (dörd) ulduz
“Xan Lənkəran” –    4 (dörd) ulduz
“Manor” –    3 (üç) ulduz

Qeyd edək ki, bununla da ölkə ərazisində təsnifatdan keçən mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Xəbər xətti