"Qarabağ"ın və millimizin kapitanının zədəsinin son durumu məlum olub

13:05 - 11 Noyabr 2016 - İDMAN

Rəşad Sadıqov: "Bazar ertəsindən müalicəyə başlayacağıq"


"Qarabağ" klubunun və millinin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub. Futbolçu dünən Londonda həkim müayinəsindən keçdikdən sonra onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub. Rəşad təhlükənin gözlənilən olduğunu bildirib: 
"Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam".

Xəbər xətti