"Prezidentlikdən sonra taksi sürücüsü işləyəcəm"

11:41 - 11 Noyabr 2016 - MARAQLI

ABŞ prezidenti Barak Obama zarafat edərək bildirib ki, səlahiyyət müddəti bitdikdən sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi planlaşdırmırsınız ki?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini bildirib. Amerika prezidenti öz zarafatını daha ciddi cavabla davam etdirib:
"Bilirsiniz, mən bir neçə həftə yatmağı planlaşdırıram. Ciddi desəm, biz əlverişli şəraiti olmayan gənclər üçün imkanların yaradılması üzərində işləri davam etdirəcəyik".

Xəbər xətti