Şimali İrlandiyanın futbolçusu: “Azərbaycana qol vursaq, ikiqat əla olar”

15:01 - 10 Noyabr 2016 - İDMAN

“Azərbaycanla oyunu qrupun həlledici yox, vacib görüşü sayıram. Əsas odur ki, üç xal qazanıb qrupda ikinci yerə yüksələk. Bu, fantastik nəticə olar”. Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, bu sözləri Şimali İrlandiya millisininin hücumçusu Coş Madjennis DÇ-2018-in seçmə mərhələsində sabah millimizə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
O, Azərbaycanın qrupda hələ qol buraxmamasına da toxunaraq deyib: “Əgər qol vursaq, ikiqat əla olar. Biz çalışacağıq özümüzün ən yaxşı oyunumuzu göstərib istədiyimiz nəticəni qazanaq”.

Xəbər xətti