Avtomobillərdən oğurluq edən şəxslər tutulub - Gəncədə

12:53 - 10 Noyabr 2016 - HADİSƏ

Gəncə şəhərində oğurluqla məşğul olan şəxslər tutulub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, naməlum şəxslər şəhər sakinlərinə məxsus avtomobillərdən müxtəlif vaxtlarda akkumlyator və maqintafon oğurlayıb.

Kəpəz (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri Vüqar İsmayılov və Vüsal Hüseynov tutulub. 
Faktla bağlı Kəpəz RPİ-də araşdırmalara başlanılıb.

Xəbər xətti