Fransua Olland Donald Trampdan danışıqlar aparılmasını xahiş edib

11:03 - 10 Noyabr 2016 - DÜNYA

Fransa prezidenti Fransua Olland ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Respublikaçılar Partiyasının namizədi Donald Trampa məktub yazaraq danışıqlar aparmaq istədiyini bildirib.

Bu barədə "BBC" məlumat yayıb.

"Mən sizinlə birlikdə bölüşdüyümüz dünyəvi dəyərlər və maraqlarla bağlı danışıqlar aparmaq istərdim. Xalqlarımız arasındakı dostluq və ümumi tarix bizə kömək olacaq" – deyə Fransa prezidentinin məktubunda bildirilir.

Qeyd edək ki, Olland bundan əvvəl Trampı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Fransa prezidenti avqustun əvvəllərində Respublikaçılar Partiyasının namizədinə mənfi münasibət bəslədiyini bildirmişdi. 

Xəbər xətti