Ana səhifə
26 Sentyabr 2018

Qüdsdə Azərbaycan muğamı... - FOTO

Xanəndə Qocaq Əsgərov Azərbaycanın muğam və xalq mahnılarını bu dəfə İsraildə səsləndirdi.

 

 

Qüdsdə keçirirlən “Ud” festivalı çərçivəsində Azərbaycan muğam konserti keçirilib. İfasına “Şur” dəsgahı ilə başlayan xanəndəni tamaşaçılar  “Sarı gəlin”, “Bəri bax” və digər məhşur xalq mahnılarımızın adı ilə onu yenidən səhnəyə səsləyiblər.

Qeyd edək ki, konsertdən öncə Əqdəs Bağırzadənin təqdimatında və udun müşayiəti ilə Azərbaycanın tarixi məkanlarını əks etdirən slayd şou nümayiş etdirilib. YUNESKO-nun eksperti Sənubər Bağırova isə bu barədə çıxış etməklə yanaşı, musiqiçilərimizi konsert dinləyicilərinə yaxından tanıdıb. Eyni zamanda, xanəndənin səsləndirəcəyi qəzəllər barədə söz açıb. Xatırladaq ki, Qoçaq Əsgərovu tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət ediblər.

Konsertdən sonra heyət İsraildə müqəddəs məkanları ziyarət ediblər. Eyni zamanda İsraildə məskunlaşan azərbaycanlı yazşıçı Çingiz Hüseynovla görüşüblər və ədib onların timsalında doğma Azərbaycanını  xatırladığını bildirib.

Q.Əsgərov növbəti ildə yenidən İsraildə konsert vermək üçün dəvət aldıqlarını bildirib.

 

Tarix
11 Noyabr 2014 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin