Ana səhifə
25 Sentyabr 2018

“Facebook Messenger” istifadəçisi 500 milyon artıb

“Facebook Messenger” ani məlumat mübadiləsi servisinin auditoriyası “Facebook” şirkəti “iOS” və “Android” platformaları üçün əsas mobil əlavələrindən məlumat mübadiləsi imkanını ləğv etdikdən sonra 500 milyon istifadəçiyədək artıb. Bu barədə “Facebook” şirkətinin bloqunda deyilir.

 

 

Ucnoqta.az xəbər verir ki, bu ilin əvvəlində “Facebook” sosial şəbəkəsi mobil çat funksiyasını ayrıca "Facebook Messenger” əlavəsi kimi istifadəyə verib. Bununla şəxsi məlumat mübadiləsi etmək istəyən mobil qurğu istifadəçiləri ayrıca servis yükləmək məcburiyyəti ilə üzləşib. Bu qərar internet cəmiyyəti tərəfindən kəskin tənqid olunub ki, bu da “Messenger” əlavəsinin "Apple App Store” və “Google Play” mağazalarında mənfi qiymətləndirilməsinə səbəb olub.

Mənfi reaksiyaya baxmayaraq 500 milyondan çox istifadəçi ayda ən azı bir dəfə “Messenger”-dən istifadə edir. “Facebook”un baş direktoru Mark Sukerberq bundan əvvəl sosial şəbəkədə mobil çatı istifadəyə verməklə bağlı qərarı bir mobil əlavədə çoxsaylı funksiyalar konsepsiyasının daha özünü doğrultmaması və istifadəçilər üçün konkret məsələnin həlli üçün xüsusiləşdirilmiş servisin olmasının rahatlığı ilə izah edib.

2011-ci ildə istifadəyə verilən “Facebook Messenger” servisi “Facebook”un əsas mobil versiyasının ilk ayrıca servisi olub. Bundan başqa, şirkət satın alınmış “WhatsApp” və “Instagram”, “Facebook Paper”, “Slingshot” və “Facebook Home” mobil əlavələrini inkişaf etdirir,

 

 

(mincom.gov.az)

Tarix
11 Noyabr 2014 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin